Babaya aid şeir

Babaya aid şeir axtarışında olanlar, saytımızda tapa bilərlər. Nəvələr üçün baba və nənələr vacib şəxslərdəndir. Hər doğum günlərində onları təbrik etmək üçün şeirlər söylənilir. Saytımızda sizlər üçün çox sayda babaya aid seirler təqdim olunur.

Babam qocalıb.. | Ələmdar Quluzadə.



Babam məni öyrədib,
Alışmışam zəhmətə,
Qırmızı almaları
Toplayıram səbətə.
Əriyin budağına,
Bircə-bircə minmişəm,
Armudu dərməyi də
Babamdan öyrənmişəm
Mən ənciri, heyvanı
Nərdivanla yığıram,
Gilasa, gilanara
Pişik kimi çıxıram.
Babam bu ildən mənə
Daha demir balaca.

Babanın tərifi

Hər suala cavabı olan,
Bildiyimdən daha çox başa düşmək,
İstənilən formada stressi aradan qaldırmağa kömək etməkdən məmnunam,
Nə etməli olursa olsun xoşbəxt.
Axmaq at yarışlarına saxta mərclər qoymaq,
Və həmişə təbəssümlə.
Hər kəsi xoşbəxt etmək üçün çox çalışaraq,
Əlavə mildən asılı olmayaraq.
Niyyətlər həmişə yaxşı tərəfdə,
Həmişə doğru sözü söyləməyə diqqət edin,
Heç vaxt bilməyəcəyimizdən daha çox şey bilirik, amma
Ola bilsin ki, o, bir cüt qanadla üstümüzdədir.
Bizə sonsuz sevgi verdi,
Həyatı bir gün yaşamaq,
Qət etmək üçün çətinliklərin olması
Ah, həyat qafiyə qədər asan olsaydı.
Bizi tərk etmək heç də onun seçimi deyildi.
Bizi sonsuza qədər sevmək idi,
Və ürəyimizdə qalır,
Bir daha bizi tərk etmə.
Əziz baba, həmişə darıxırsan və həmişəlik sevilirsən.

– Bobbie R Bringold

 Baba şeiri

Babam gəlir maşında
Norka papaq başında
Babamın yeri hardadır?
Düz ürəyimin başında

Yaman sevirəm
Babamı yaman
Ayrılmaram mən,
Ondan bircə an.

Öpər üzümdən
O dönə-dönə
Şirin nağıllar
Danışar mənə.

MƏNİM BABAM

Mənim babam,

                  gözəl insan,

Sevimlidir,

                Mehribandır.

Yüz il, min il

                 Yaşayasan.

Desəm ona,

                 Yenə azdır

İnsan var ki,

                 qəlbi qara

Bəd əməlli,

                 bəd niyyətli.

Onlar hara,

             Babam hara…

Bir insandır

                       ədalətli

Öz xalqına

                       sədaqətli

Mənim babam.

Kömək edər,

                       əl uzadar

Dara düşsə

                 Bircə adam.

Bax, belə bir

                Ömür yaşar

Məmim əziz

              Heydər babam

 Zəhmətkeş babam | Əyyub Məmmədov.

Babam hər il bostanda,
Çoxlu tərəvəz əkir.
Görürəm asan deyil,
Xeyli əziyyət çəkir.

Məhsul vaxtı sahədə,
Kələm, xiyar bol olur.
Biz tərəvəz yığanda,
Yeşiklər barla dolur.

Babamın zəhmətini.
Heç vaxt unutmaram mən.
Ona kömək etməmiş,
Kənddən qayıtmaram mən.

Böyüklər üçün Baba şeiri

 Baba şeiri

DARA DÜŞSƏK ÜZ TUTARDIQ
ÜNVANINA, SALAM BABA.
PƏRVAZ ETDIN CƏNNƏT ADLI
MƏKANINA, SALAM BABA.

Bir günahsız mələk idin,
Uşaq kimi kövrək idin.
Bu ellərə gərək idin.
İnsanına, Salam baba.

Dualıydı şirin dilin,
Şəfalıydı sirli əlin.
Çevrilmişdin sən bu elin.
Həyanına, Salam baba.

Üzündəydi Haqqın nuru.
Cəddindən aldıq qüruru.
Güvənirdik sudan duru.
İmanına, Salam baba.

Pisliklərdən qopar bizi,
Şərt axtarıb tapar bizi.
Bir ricam var, apar bizi.
Öz yanına, Salam baba.

 Qaytar mənə babam olan illəri… Elvin Elxanoğlu

Yoxluğu ən ağır dərd olub mənə,
Hər yerdə babamın görsənir yeri.
Zalım fələk, bax öyrəşə bilmirəm,
Qaytar mənə babam olan illəri.

Məni hamıdan çox o istəyərdi,
Hər zaman sevərək əzizləyərdi.
Mənim babam dünyalara deyərdi,
Qaytar mənə babam olan illəri.

Həsrət qalmışam mən onun səsinə,
Qaçıb sığınardım mən sinəsinə,
O da doymamışdı öz nəvəsinə,
Qaytar mənə babam olan illəri.

Bir vaxtlar üzümü güldürərdilər,
Artıq şəkillər də ağladır məni,
Ya məni keçmişə apar, yada ki,
Qaytar mənə babam olan illəri…

 Baba şeiri

Qızın sənin üçün darıxır, baba
Qürbət eldə hey ağlayır o səssiz,
Şəklinə doymadan baxır, ay Baba
Nə etsin bilməyir, qalıb çarəsiz.

Yoxluğunu qəbul etmir, ay Baba
Düşünür, yuxudur bu baş verənlər.
Zaman gedir.həsrətin getmir ay baba,
Demək ki, heç də unudulmur ölənlər.

Anam nigarandır yaman, ay Baba
Onunla yuxuda biraz et söhbət.
Özündən sən danış ona, ay Baba,
De qızım yaxşıyam, yerimdir Cənnət.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button