Anaya aid sozler

Anaya aid sozler saytımızda sizlər üçün təqdim olunur.

Kaş ki analar ölümsüz olsa….

Qiyməti ölçülməyən tək şey ana sevgisidir

Ana balası üçün canını oda yaxar. 
***
Ana kimi yar olmaz – vətən kimi dövlət-var.
***
Ana uşağaa aş gətirər, analıq yaş.
*** 
Anadan əziz yenə anadır. 
***
Analı qızın özü böyüyər, ansız qızın sözü.

Analar bəlkə də hərşeyi görməzlər, amma qəlbləri ilə duyarlar

Anana qulluq et:çünki cənnət anaların ayaqları altındadır. Hz. Məhəmməd.

Ən böyük səs ananın səsidir. (Johann Wolfgang Goethe) 

  • Sən ömrüm boyu mənimlə olmusan. Bilirəm ki, sənin kimi gözəl bir anaya sahib olduğum üçün necə minnətdar olduğumu təsvir edəcək söz tapa bilməyəcəm, amma “Mən səni çox sevirəm!” deyərək başlaya bilərəm. Ana, sevgi və məhəbbətlə keçən bütün illərə görə sənə təşəkkür edirəm. Ad gününüzdə sizə sevgi və xoşbəxtlik arzulayıram.
  • Bu gün cənnətdən gələn ən yaxşı mələk bu dünyada doğuldu və sonra mənim gözəl anam oldu. Ad günün mübarək canım anam.
  • Mən səni çox sevirəm ana; Sevinirəm ki, sənin kimi anam var, ömrün uzun olsun.

Ana ilə övladı arasındakı qopan yeganə bağ göbək bağıdır.

Ana kimi yar olmaz. Bağdad kimi diyar olmaz. Türk atalar sözü.

Analı quzu – xınalı quzu. 
***
Anam elə çox bilir, kündəni xırda tökür,

Atam elə az bilir, ikisini birdən bükür.

***
Ananın ərköyün oğlu hambal olar. 

Ana bütün acı və narahatlıqlarımızı qoyduğumuz bankdır. T. Dewit Talmag

Ağlamaq üçün ən yaxşı yer bir ananın qollarıdır.

Ana haqqı ödənməz, sevməyə ömür yetməz,bütün dünya bir olsa bir anam etməz.

  • Mən səni ruhumla, canımla sevirəm. Sevgin o qədər güclüdür ki, nə olursa olsun səndən heç vaxt vaz keçə bilmərəm. Sən mənim bu həyatda yeganə qəhrəmanımsan, əzizim, hər şeyimsən. Ad günün mübarək ana.
  • Sənin kimi anam olması mənim ən böyük şansımdır, ad günün mübarək ana.
  • Ana! Nə gözəl sözdür. Nə yaxşı ki, bu sözü səzə deyə bilirəm. Ad günün mübarək.

Anasız ev səssiz gecəyə bənzəyər.

Bir evi ayaqda tutan anadır.

Ananın səbri tükənməz olur.
***
Anası çıxan ağacı, balası budaq-budaq gəzər.
***
Anasına bax qızını al, qırağına bax bezini al. 
***
Anasından ayrı düşən quzunu qurd yeyər. 
***
Anasızın gördüyü iş danlaqsız bitməz.

Ana, həyatın əbədiliyidir. ( Emilia Zola)

Ananın ürəyi uşağın məktəbidir. (Henri Ford)

Buna inanmaq lazımdır ki, dünya üzərində gördüyünüz hər şey qadının əsəridir. ( Atatürk).

Heç bir bəzək və makyaj bir qadını analıq hissi qədər gözəlləşdirməz.

  • Sənin kimi anamın olması mənim ən böyük şansımdır, ad günün mübarək!
  • Həyatımda səndən daha yaxşı qadın düşünə bilmirəm. Sən mənim gözəl anamsan və səni çox sevirəm. Ad günün mübarək ana.
  • Ad günün mübarək ana, mən çox şadam ki, sən mənim anamsan…

Dünyada öyrədilən bilgilərin heç biri, bizə bir ananın bir baxışının, bir kəliməsinin verdiyi şeyi vermək qabiliyyətində deyil. (Wilhelm Rabe).

Ana haqqına diqqət et. Onu başına tac et. Çünki analar doğum sancısı çəkməsəydi. Uşaqlar dünyaya gəlməyə yol tapmazdı. (Hz. Mevlana).

  • Ana, mən sənin bütün sevgini ürəyimdə saxlayıram. Bu gün onların hamısı çiçək açdı. Mən səni çox sevirəm, Ana. Ad günün mübarək.
  • Mənə desələr, fədakarlığın, sevginin, səbrin, gözəlliyin nə demək olduğunu təsvir et; anamı deyərdim. Canım anam səni bir gün yox hər gün sevirəm. Ad günün mübarək.
  • Sən mənim ən qiymətli xəzinəmsən, ad günün mübarək anam.

Ana ata ocağın; Qışda o evde odun yanmasa da üşüməzsiniz…Çünki orada sizin üçün yanan ürəklər var,bunu hiss edib üşüməzsiniz. ( Onur Gör).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button